İspaniya çempionatı: "Real Madrid" - "Barselona" matçı
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniya La Liqasının 11-ci turu “El Kasiko” ilə yadda qalıb.
“Real Madrid” klubu doğma meydanında “Barselona”nı qəbul edib.
“Santyaqo Bernabeu” arenasında baş tutan görüşdə “Blauqrana” darmadağınla qələbə qazanıb. Oyunun ilk hissəsində qapılar önündə qol vəziyyətləri yaransa da hesab açılmayıb.
İkinci yarıda kataloniyalılar üstünlüyü ələ alıblar. 54-cü dəqiqədə Robert Levandovski “Kral klubu”nun qapısını dəqiq nişan alıb. 2 dəqiqə sonra Leva dubla imza atıb. 77-ci dəqiqədə isə fərq 3-ə çatıb. Bu dəfə “Barsa”nın gənc ulduzu Lamin Yamal “Real” azarkeşlərini məyus edib. Görüşdə son nöqtəni isə 84-cü dəqiqədə Rafinya qoyub. “Real Madrid” – “Barselona”: 0-4.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 30-a çatdıran “Barselona” turnir cədvəlinə liderlik edir. Aktivində 24 xalı olan “Real” isə 2-ci yerdədir. Maraq üçün deyək ki, “Barsa” növbəti turda “Espanyol”la üz-üzə gələcək. “Real” isə “Valensiya”nın qonağı olacaq.
#Real Madrid FK teqi istifadə olunub
- "Real Madrid" La Liqa prezidentinin istefasını tələb edib | Yeni idman xəbərləri - Baku TV
- Braziliyalı ulduz futbolçuya dörd oyunluq diskvalifikasiya cəzası verilib - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- Joze Mourinyo braziliyalı oyunçunu ehtiyatda saxlayacaq?
- Millimiz Litva ilə bacarmadı - Yeni idman xəbərləri - Baku TV
