Pleyeri seçin:
Klublararası dünya çempionatında yarımfinal mərhələsinə bu gün start veriləcək
ABŞ-də keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsinə bu gün start veriləcək.
Raundun ilk oyununda UEFA Konfrans Liqasının qalibi olan İngiltərənin "Çelsi" komandası Braziliya təmsilçisi "Fluminense" ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qeyd edək ki, yarımfinalın digər matçında İspaniyanın "Real" klubu UEFA Çempionlar Liqasının son qalibi Fransanın PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək.
Sözügedən görüş iyulun 9-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Kopyalandı
