Kriştiano Ronaldo qol sevincini səcdə edərək yaşadı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya futbolunun superulduzu Kriştiano Ronaldo növbəti qolunu səcdəyə gedərək qeyd edib.
Səudiyyə Ərəbistanı çempionatında 28-ci turun “Əl-Nəsr” – “Əl-Şabab” matçında fərqlənən 38 yaşlı veteran qoldan sonra müsəlman azarkeşlərə və komanda yoldaşlarına ehtiram nümayiş etdirib.
Ulduz futbolçunun qol sevinci fanatlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Sosial şəbəkələrdə isə Kriştianonun islam dinini qəbul etdiyi barədə rəylər paylaşılıb.
Qeyd edək ki, “Əl-Şabab”la qarşılaşmada K.Ronaldonun qolu həm də komandasına qələbəni gətirib. Görüş “Əl-Nəsr” kollektivinin 3-2 hesablı qalibiyyəti ilə başa çatıb. Bu nəticədən sonra “Əl-Nəsr” 63 xalla çempionatda 2-ci yerdədir. Komanda lider “Əl-İttihad”dan 3 xal geri qalır.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
