Pleyeri seçin:
“Mançester Yunayted”in məşqçisindən futbolçularına dözülməz cəza
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq futbolçularına qeyri-adi cəza verib.
O, Premyer Liqanın 26-cı turunda “Liverpul”a 0-7 hesablı məğlubiyyətdən sonra komandasının paltardəyişmə otağından çıxmasına qadağa qoyub. Bununla da kifayətlənməyən niderlandlı çalışdırıcı onları “Liverpul” futbolçularının qələbə coşqusunu dinləməyə məcbur edib.
Növbəti gün isə Erik ten Haq oyunçularla ciddi söhbət edərək, belə halın təkrarlanacağı halda onların əvəzedicilərlə məşq edəcəyini bildirib. Bundan başqa, mütəxəssis futbolçuları “Liverpul”la qarşılaşmada onların ən kobud səhvlərdən ibarət videonu izləməyə məcbur edib.
Kopyalandı
#Erik Ten Hag teqi istifadə olunub
