Pleyeri seçin:

“Mançester Yunayted”in növbəti zəfəri, “Barsa”nın fiaskosu

27 fevral 2023 546 baxış

İngiltərə Liqa kubokunda qalibin adına aydınlıq gəlib. Yarışın finalında “Mançester Yunayted” və “Nyukasl” komandaları qarşılaşıb.

Oyunda hesabı “qırmızı şeytanlar” açıblar. Kazemiro fərqlənib. 6 dəqiqə sonra “sağsağanlar” 2-ci dəfə görüşə mərkəzdən başlamağa məcbur olublar. Əla formada olan Markus Reşford “mankunianlar”ın üstünlüyünü 2 topa çatdırıb. Qalan vaxtda başqa qol olmayıb və 2-0 hesablı qələbə qazanan “Yunayted” tarixində 6-cı dəfə Liqa kubokuna yiyələnib.

Premyer liqada 25-ci turun mərkəzi matçı “Tottenhem” və “Çelsi” arasında olub. London derbisi “mahmızlar”ın zəfəri ilə yekunlaşıb. İlk hissəsi qolsuz yekunlaşan görüşdə “Tottenhem” fasilədən sonra 2 qol vurub. 46-cı dəqiqədə Oliver Skipp, 82-ci dəqiqədə isə Harri Keyn topu qapıdan keçirib. Beləliklə, 2-0 hesabı ilə güclü olan Şimali London klubu xallarının sayını 45-ə çatdırıb və 4-cü yerdədir. Bütün yarışlarda 6 qarşılaşmadır qələbəyə həsrət olan “Çelsi” isə 31 xalla 10-cudur.

La liqada 23-cü turun gözlənilməz nəticəsi “Almeriya”da qeydə alınıb. Eyniadlı komandanın qonağı olan “Barselona” azarkeşlərini məyus edib. Matçın taleyini El-Bilal Turenin 24-cü dəqiqədə vurduğu yeganə qol həll edib. “Almeriya” - “Barselona”: 1-0.

Cari mövsüm çempionatda 2-ci dəfə uduzan “blauqrana” 59 xalla liderliyini davam etdirir. Komanda ən yaxın izləyicisi “Real”ı 7 xal qabaqlayır. 25 xalı olan “Almeriya” isə 15-cidir.

Banner
Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

İdman
22 oktyabr 2026 546 baxış
Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

İdman
22 oktyabr 2026 546 baxış
Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

İdman
22 oktyabr 2026 546 baxış
“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

İdman
21 oktyabr 2026 546 baxış
“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

İdman
21 oktyabr 2026 546 baxış
İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İdman
20 oktyabr 2026 546 baxış
Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

İdman
20 oktyabr 2026 546 baxış
Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

İdman
20 oktyabr 2026 546 baxış
Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

İdman
19 oktyabr 2026 546 baxış
Gimnastlarımız Dünya Kubokunda qalib oldular

Gimnastlarımız Dünya Kubokunda qalib oldular

İdman
19 oktyabr 2026 546 baxış
Seçilmişlər
icon