Millətlər liqasında 2-ci finalçı müəyyən oldu
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Millətlər liqasının 2-ci finalçısı İspaniya və İtaliya yığmalarının matçında müəyyənləşib.
Niderlandın Enshede şəhərində baş tutan görüşdə hesabı artıq 3-cü dəqiqədə Yeremi Pino açıb. “Skuadra Adzurra”nın cavabı özünü çox gözlətməyib. Cəmi 8 dəqiqə sonra Çiro İmmobile bərabərliyi təmin edib: 1-1. İlk hissə bu hesabla başa çatıb.
Fasilədən sonra da qapılar qarşısında təhlükəli vəziyyətlər yaransa da, növbəti qol 88-ci dəqiqədə vurulub. Xoselunun dəqiq zərbəsi həm də yekun nəticəni müəyyənləşdirib. İspaniya – İtaliya: 2-1. Bu qələbə sayəsində “Qırmızı Furiya” Millətlər liqasının həlledici oyununa vəsiqə qazanıb. Burada İspaniya yığmasının rəqibi dördlər finalının ev sahibi Niderlandı məğlub edən Xorvatiya futbolçuları olacaq.
Qeyd edək ki, həm Rotterdamın “De Kip” stadionunda keçiriləcək final görüşü, həm də “Qrols Veste” arenasında təşkil olunacaq 3-cü yer uğrunda qarşılaşma eyni gündə – iyunun 18-də baş tutacaq.
#UEFA Millətlər Liqası teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
- Fransa millisi Belçikaya böyük hesabla qalib gəldi
- Azərbaycan Millisi ilk qələbəsini qazandı | Ayxan Abbasov oyunla bağlı sualları cavablandırdı
- Məğlubiyyət seriyası bitmir | Türkiyənin məğlubiyyətinə nə səbəb oldu? - Baku TV
