Milli Olimpiya Komitəsinin IX Hesabat-Seçki Baş Məclisi keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 18-də Milli Olimpiya Komitəsinin IX Hesabat-seçki Baş Məclisi keçirilib.
Tədbirdə Komitənin üzvləri, Olimpiya və qeyri-Olimpiya idman növləri federasiyalarının və idman təşkilatlarının nümayəndələri iştirak ediblər.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 2022-2024-ci illərdəki fəaliyyətə dair hesabat məruzəsi dinlənildikdən sonra səsə qoyularaq yekdilliklə qəbul olunub.
Hesabat-seçki Baş Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
Daha sonra İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Fərid Mansurov, Zemfira Meftaxetdinova, Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Faiq Qarayev və Alla Həsənova MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Baş Məclisdən sonra MOK-un yeni seçilən İcraiyyə Komitəsinin ilk iclası olub. İclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə vitse-prezident və İcra Aparatının rəhbəri, Zemfira Meftaxetdinova və Fərid Mansurov isə MOK-un vitse-prezidentləri seçiliblər.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
