“Neftçi“ 25-ci turda “Kəpəz“in qonağı olub
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” komandası Premyer liqada növbəti matçına çıxıb.
“Ağ-qaralar” 25-ci turda “Kəpəz”in qonağı olub.
Tovuz Şəhər Stadionunda keçirilən oyunun ilk hissəsində qapılar önündə qol vəziyyətləri yaransa da, hesab açılmayıb.
2-ci yarıya meydan sahibləri yaxşı başlayıblar. 50-ci dəqiqədə Şervoni Mabatşoyev paytaxt klubunu məyus edib.
Buraxılan topdan sonra “Neftçi” təzyiqi artırıb. Lakin “Kəpəz”in müdafiədə etibarlı oyunu tarazlığın bərpa olunmasına imkan verməyib.
Qarşılaşma Gəncə təmsilçisinin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran “Kəpəz” 9-cu yerdədir. 27 xalı olan “ağ-qaralar” isə 6-cı pillədə qərarlaşıb.
Növbəti turda “Neftçi” komandası “Turan Tovuz”u qəbul edəcək. Martın 10-na nəzərdə tutulan matç saat 19:30-da başlayacaq.
#Neftçi PFK teqi istifadə olunub
- “Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
