“Neftçi” Sudamerikana və MLS kubokunun qalibini transfer etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” yay transfer pəncərəsinin son saatlarında daha bir futbolçu ilə güclənib.
Bakı klubu argentinalı forvard Lukas Melanonu heyətinə qatıb. 30 yaşlı oyunçu yaxın günlərdə tibbi müayinədən keçəcək. Onun sözləşməsinin detalları isə hələ açıqlanmayıb.
Qeyd edək ki, karyerası ərzində ölkəsinin “Nyuells Old Boyz”, “Atletiko Tukuman”, “Lanus”, “San-Lorenso” və “Estudiantes” kimi məşhur kollektivlərində top qovan L.Melanonun son klubu “Atletiko Sarmiento” olub. Burada 26 oyun keçirən futbolçu 4 qolla yadda qalıb. Ümumən karyerası ərzində 321 matçda 39 qol vuran Lukas 2013-cü ildə “Lanus”la Sudamerikana Kubokunda, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS Kubokunda qalib gəlib.
Xatırladaq ki, “Neftçi” daha əvvəl Emil Balayev, Qara Qarayev, Yuri Matias, Mark Tamaş, Ervin Koffi, Filip Ozobiç, Andre Şinyaşiki, Dieqo Valdez, Aaron Olanare və Reziuan Mirzov kimi oyunçularla müqavilə imzalayıb.
#Neftçi PFK teqi istifadə olunub
- Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV
- “Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
