Polşada III Avropa Oyunlarının açılış mərasimi baş tutub
Yeniliklərdən dərhal xəbərdar olun
Polşanın Krakov şəhərində III Avropa Oyunlarının açılışı keçirilib.
“Henik Reyman” stadionunda baş tutan tədbirdə əvvəlcə müxtəlif musiqi və rəqs nümunələri göstərilib. Daha sonra atletlərin paradı olub. İdmançılarımızla yanaşı, rəsmi şəxslərin də müşayiət etdiyi paradda bayrağımızı qılıncoynadan Barat Quliyev və oxatan Yaylagül Ramazanova daşıyıb.
Yarışın məşəli alovlandırıldıqdan sonra isə açılış mərasiminə atəşfəşanlıqla yekun vurulub.
Qeyd edək ki, Krakov və Polşanın Malopolska bölgəsindəki şəhərlərin ev sahibliyi edəcəyi turnirdə ölkəmiz 14 növ üzrə 101 idmançı ilə təmsil olunur. Ümumən isə iyulun 2-dək davam edəcək yarışda 48 ölkədən 7 minə yaxın atlet iştirak edir. Onlar 29 növ üzrə 253 dəst medal uğrunda mübarizə aparacaqlar.
#Polşa teqi istifadə olunub
- Hücum edənin evində daha üç nəfərin meyiti aşkarlanıb
- Polşada silahlı hücumdan sonra şübhəlinin evində dəhşətli mənzərə üzə çıxdı - Baku TV CANLI
- AK prezidenti Polşa Prezidenti ilə görüşdən niyə imtina edib?
- Sərhəddə əməliyyat, paytaxtda siyasi böhran - Polşada nə baş verir? - Baku TV
- Polşada daxili gərginlik
