Pleyeri seçin:
Qadın güləşçimiz Ruzanna Məmmədova Avropa çempionu olub
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı qadın güləşçi Ruzanna Məmmədova Avropa çempionatında qızıl medal qazanıb.
İdmançımız bu uğura Serbiyada 17 və 20 yaşadək idmançılar arasında keçirilən yarışda nail olub.
59 kq çəki dərəcəsində mübarizə aparan Ruzanna əvvəlcə Almaniya nümayəndəsinə qalib gəlib. Sonrakı mərhələlərdə Rumıniya və Litva təmsilçiləri R.Məmmədova ilə bacarmayıblar.
Finalda isə neytral idmançı Yelena Kurova ilə üz-üzə gələn Ruzanna 14-10 hesabı ilə güclü olub. Bununla da güləşçimiz Novi Sad şəhərində təşkil olunan qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kopyalandı
#Avropa çempionatı teqi istifadə olunub
- AMADA maarifləndirici seminar təşkil etdi - Yeni idman xəbərləri
- Azərbaycan Cüdo Federasiyası "Baku TV"yə adları açıqladı - Baku TV
- Voleybolçularımız Avropa çempionatında ilk oyunlarını qələbə ilə başa vurublar - Baku TV
- Avropa çempionu olan millimiz Vətənə qayıtdı | İdmançılarımız təəssüratlarını bölüşdü - Baku TV
- Minifutbol millimiz ikiqat Avropa çempionu oldu - Baku TV
