“Qarabağ” klubunun son görüşü ilə bağlı UEFA qərar verdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” komandasının Avropa Liqasında Yunanıstanın “Olimpiakos” klubu ilə görüşünün hakimləri açıqlanıb.
UEFA-nın qərarına əsasən, Liqa mərhələsinin son tur matçını rumıniyalı Radu Petresku idarə edəcək.
Qeyd edək ki, Pirey şəhərində təşkil olunacaq qarşılaşma yanvarın 30-u Bakı vaxtı ilə saat 23:55-də başlayacaq. Liqa mərhələsinin yekunlaşmasına 1 tur qalmış pley-off imkanlarını itirən “köhlən atlar” bu matç ərəfəsində 3 xalla 34-cü yerdədir. 12 xalı olan “Olimpiakos” isə 12-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qarabağ” daha əvvəl Liqa mərhələsi çərçivəsində İngiltərənin “Tottenhem”, İsveçin “Malmö”, Niderlandın “Ayaks”, Norveçin “Budyo Qlimt”, Fransanın “Lion”, İsveçin “Elfsborq” və Rumıniyanın FCSB komandaları ilə qarşılaşıb. Bu matçların 6-da məğlub olan Azərbaycan çempionu “Budyo Qlimt”lə oyunda 2-1 hesablı qələbə qazanıb.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
