Qrapplinqçilərimiz tarixi uğura imza atıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan qrapplinqçiləri dünya çempionatında uğurla çıxış ediblər. Təmsilçilərimiz Qazaxıstanda keçirilən yarışda 9 medal qazanıblar.
15, 17, 20 yaşadək idmançılar, habelə böyüklər və veteranlar arasında keçirilən turnirdə 58 kq-da çıxış edən Fərhad Bağırov qızıl, 84 kq-da yer alan Hacımurad Purtiyev isə gümüş medala yiyələnib.
Veteranlar kateqoriyasında mübarizə aparan Səbuhi Məmmədov 2 versiyada gümüş medal qazanıb. Qadınlar turnirində qüvvəsini sınayan Aysu Əliyeva da 2 mükafat əldə edib. O, qrapplinqdə gümüş, qrapplinq qi versiyasında isə bürünc medala yiyələnib.
Bundan başqa, 20 yaşadək idmançılar arasında Elman Əsgərov və Emil Verdiyev ölkəmizə gümüş, Hacıəbdül Abdulov isə bürünc mükafat qazandırıb.
Qeyd edək ki, oktyabrın 7-də başlayan və Astana şəhərində keçirilən dünya çempionatında ölkəmiz ümumən 40 nəfərlik heyətlə iştirak edib.
#Dünya çempionatı teqi istifadə olunub
- Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib
- Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub | Yeni idman xəbərləri - Baku TV
- İdmançımız İsfahan Həsənov dünya çempionatında gümüş medal qazanıb - Baku TV
- “ABŞ artıq qonaqlarda mənfi təəssürat yaradıb” | Nensi Armor
- Komandanın oyunçusu məğlubiyyətlə bağlı şərh verdi
