Pleyeri seçin:

"Hacı Əliyevdə bu potensial var" | Güləş tariximizdə iz qoyan idmançı - Baku TV

06 avqust 2026 390 baxış

“Hacı Əliyev müasir Azərbaycan dövrünün və güləş tariximizin ən parlaq nəticələrinə imza atan idmançılarından biridir. O, milli güləşimizə xüsusi töhfə vermiş, tariximizdə öz izini qoymuş güləşçimizdir”.

Bunu Baku TV-yə açıqlamasında idman mütəxəssisi Raqif Abbasov deyib.

Onun sözlərinə görə, böyük nəticələr əldə etmiş idmançılar məşqçilik fəaliyyətinə başlayanda qazandıqları təcrübəni yeni nəslə ötürmək istəyirlər:

“Hər bir uğurlu idmançı məşqçi kimi də Azərbaycan idman tarixinə düşmək, əldə etdiyi nəticələri yetirmələrinə tətbiq etmək istəyər. Hacı Əliyevdə bu potensial var.

Hacı Əliyevin rəhbərliyi altında gənc güləşçilərimiz dünya çempionatına təxminən iki ay qalmış hazırlıqlara başlayıblar. Təbii ki, nəticələrimizin daha yüksək olmasını arzulayardıq. Amma 17 yaşadək idmançıların formalaşması üçün müəyyən zaman tələb olunur.

Sağlam tənqid normaldır, lakin hər bir tənqid əsaslandırılmış məqamlara söykənməlidir. Burada isə nəzərə almaq lazımdır ki, yeni bir mərhələ başlayıb və yeni mütəxəssis fəaliyyətə başlayıb. Eyni zamanda doğma divarlar arasında keçirilən dünya çempionatı kimi məsuliyyətli yarışın yükünü Hacı Əliyev qısa müddət ərzində üzərinə götürüb və bu, yalnız təqdir olunmalıdır.

Əminliklə deyə bilərik ki, Hacı Əliyevin yetişdirdiyi idmançılar arasında gələcəkdə yeni Hacı Əliyevlər formalaşacaq və Azərbaycan güləşinə böyük töhfələr verəcəklər”.

Banner
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 390 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 390 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 390 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 390 baxış
UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

İdman
05 noyabr 2026 390 baxış
“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

İdman
05 noyabr 2026 390 baxış
Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV

Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV

İdman
04 noyabr 2026 390 baxış
Rəqibinə uduzduğu üçün ağlayan Elcan Həsənov indi çempiondur

Rəqibinə uduzduğu üçün ağlayan Elcan Həsənov indi çempiondur

İdman
04 noyabr 2026 390 baxış
"Turan" ÇL-də səfərdə inamlı qələbə qazandı | Yeni idman xəbərləri

"Turan" ÇL-də səfərdə inamlı qələbə qazandı | Yeni idman xəbərləri

İdman
04 noyabr 2026 390 baxış
"O mənə motivasiya verdi" | 1 ildən sonra həm dünya, həm də Avropa çempionu olan Elcan Həsənov

"O mənə motivasiya verdi" | 1 ildən sonra həm dünya, həm də Avropa çempionu olan Elcan Həsənov

İdman
04 noyabr 2026 390 baxış
Seçilmişlər
icon