Pleyeri seçin:

"Liverpul" və "Real Madrid"dən inamlı qələbə

02 sentyabr 2024 407 baxış

İngiltərə Premyer liqasının 3-cü turu əzəli rəqiblər “Mançester Yunayted” və “Liverpul” arasında matçla əlamətdar olub.

“Old Trafford” arenasında keçirilən görüşdə “qırmızılar” rəqibini böyük hesabla məğlub edib. 3 cavabsız topla qalib gələn mersisaydlılardan Luis Diaz dublla yadda qalıb. Digər qol Məhəmməd Salahın aktivindədir. Qələbə sayəsində 9 xalı olan “Liverpul” “Mançester Siti” ilə 1-ci, 2-ci yerləri bölüşdürür. 3 turdan sonra 3 xal toplayan “qırmızı şeytanlar” isə 14-cüdür.

Turun digər maraqlı oyunu “Sent-Ceyms Park” stadionunda baş tutub. “Nyukasl” və “Tottenhem”in matçında azarkeşlər 3 qol görüblər. “Sağsağanlar”dan Harvi Barns və Aleksandr İsak fərqləniblər. Daha bir epizodda meydan sahiblərinin üzvü Den Börn avtoqol müəllifi olub. “Nyukasl” – “Tottenhem”: 2-1.

La Liqada yeni mövsümə xal itkiləri ilə başlayan son çempion “Real Madrid” 4-cü turda “Betis”i qəbul edib. “Santyaqo Bernabeu” arenasında təşkil olunan qarşılaşmada Kilian Mbappe dubla imza atıb. Əvvəlcə 67-ci dəqiqədə Valverdenin ötürməsindən sonra İspaniya çempionatında ilk qolunu vuran forvard bir qədər sonra 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib. Görüşdə 2-0 hesablı qələbə qazanan “kral klubu” 2-ci pilləyə qalxıb. “Los blankos” lider “Barselona”dan 4 xal geri qalır.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 407 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 407 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 407 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 407 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 407 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 407 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 407 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 407 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 407 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 407 baxış
Seçilmişlər
icon