Pleyeri seçin:

"Neftçi"nin basketbol komandası Liqanın finalına yüksəlib

30 aprel 2025 885 baxış

“Neftçi” komandası Basketbol Liqasında finala vəsiqə qazanıb.

“Ağ-qaralar” “Abşeron”a qarşı yarımfinal mərhələsinin 2-ci görüşündə də qalib gəlib.

Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada ilk period “Neftçi”nin 22-15 hesablı üstünlüyü ilə bitib.

2-ci periodda təşəbbüsə yiyələnən “Abşeron” hesabda irəli çıxıb: 37-32. Sonrakı hissələrdə isə yenidən qonaqlar daha yaxşı təsir bağışlayıblar.

Getdikcə fərqi artıran “ağ-qaralar” yekunda 81-72 hesabı ilə güclü olub. Kollektivin uğurunda 31 xal toplayan Hendriks Vens Rouz əsas pay sahibi olub.

Beləliklə, yarımfinal seriyasının 2-ci oyununda da qalib gələn “Neftçi” Basketbol Liqasının finalına adlayıb. Komanda həlledici qarşılaşmada son çempion “Sabah”la üz-üzə gələcək.

Qeyd edək ki, “Neftçi” və “Sabah” arasında final seriyasının ilk görüşü mayın 2-si baş tutacaq. Turnirin qalibi 4 oyunda qələbə qazanan tərəf olacaq.

Banner
"Barselona" azarkeşləri mərhum yaxınlarının külünü "Kamp Nou"da saxlayacaq

"Barselona" azarkeşləri mərhum yaxınlarının külünü "Kamp Nou"da saxlayacaq

İdman
13 noyabr 2026 885 baxış
UEFA Millətlər Liqasında V tura start verildi | Yeni idman xəbərləri - Baku TV

UEFA Millətlər Liqasında V tura start verildi | Yeni idman xəbərləri - Baku TV

İdman
13 noyabr 2026 885 baxış
Kikboksinq ustası Eduard Məmmədov aktivinə daha iki qızıl medal yazdırdı - Baku TV

Kikboksinq ustası Eduard Məmmədov aktivinə daha iki qızıl medal yazdırdı - Baku TV

İdman
13 noyabr 2026 885 baxış
Cüdoçu Coşqun Əliyev Avropa çempionatında qızıl medal qazandı | Yeni idman xəbərləri - Baku TV

Cüdoçu Coşqun Əliyev Avropa çempionatında qızıl medal qazandı | Yeni idman xəbərləri - Baku TV

İdman
12 noyabr 2026 885 baxış
Karateçilərimiz Gürcüstana böyük heyətlə yollandı | Yeni idman xəbərləri

Karateçilərimiz Gürcüstana böyük heyətlə yollandı | Yeni idman xəbərləri

İdman
12 noyabr 2026 885 baxış
AKF-nin baş katibindən cavab | Karateçilərimiz İrəvanda çıxış edəcəklər? - Baku TV

AKF-nin baş katibindən cavab | Karateçilərimiz İrəvanda çıxış edəcəklər? - Baku TV

İdman
12 noyabr 2026 885 baxış
“Padel Center Baku”da turnirin açılış mərasimi keçirilib

“Padel Center Baku”da turnirin açılış mərasimi keçirilib

İdman
12 noyabr 2026 885 baxış
"Sabah" klubunun düşdüyü "qara zolağ"ın səbəbi nədir?

"Sabah" klubunun düşdüyü "qara zolağ"ın səbəbi nədir?

İdman
12 noyabr 2026 885 baxış
"Gücünü ortaya qoyanları yığmaya dəvət edəcəyik" | Bakıda Padel üzrə Respublika Kuboku - Baku TV

"Gücünü ortaya qoyanları yığmaya dəvət edəcəyik" | Bakıda Padel üzrə Respublika Kuboku - Baku TV

İdman
12 noyabr 2026 885 baxış
6 yaşlı alpinistimiz Avstriyada beynəlxalq yarışda çıxış edib

6 yaşlı alpinistimiz Avstriyada beynəlxalq yarışda çıxış edib

İdman
12 noyabr 2026 885 baxış
Seçilmişlər
icon