"Qalatasaray" mərakeşli ulduz futbolçu ilə güclənib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə nəhəngi “Qalatasaray” daha bir ulduz futbolçu ilə güclənib.
“Sarı-qırmızılar” “Çelsi”nin yarımmüdafiəçisi Hakim Ziyeşi icarə əsasında heyətinə qatıb. Bu barədə klubun rəsmi sosial media hesablarında məlumat verilib.
“Zadəganlar”la müqaviləsi 2025-ci ilə qədər olan mərakeşli futbolçu 3 mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edəcək. Bildirilib ki, İstanbul təmsilçisi bu keçid üçün London klubuna təzminat ödəməyib.
Qeyd edək ki, Hakim Ziyeş 2020-ci ildə 40 milyon avro qarşılığında “Ayaks”dan “Çelsi”yə keçib. Bu müddət ərzində London klubunun heyətində 107 matça çıxan oyunçu 14 qola imza atıb. Eyni zamanda o, kollektivlə Çempionlar Liqası, UEFA Super Kuboku və Klublararası Dünya Çempionatında da qalib gəlib.
Əlavə edək ki, 2015-ci ildən ölkəsinin əsas millisinə dəvət olunan H.Ziyeş 54 oyunda 20 qolla yadda qalıb.
#Türkiyə teqi istifadə olunub
- Türkiyə-Azərbaycan birliyinə qarşı olanlara ismarış - Baku TV
- Ərdoğandan qardaşlıq mesajı | Liderlər tarixi günün 6-cı ildönümündə Şuşada bir arada - Baku TV
- Ərdoğan Azərbaycan-Türkiyə əlaqələrini pozmaq istəyənlərə səsləndi - Baku TV
- “Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada
- "Qardaşlığımızı sarsıtmaq istəyənlər arzularına heç vaxt çatmayacaqlar" | Prezident - Baku TV
