Pleyeri seçin:
"Qarabağ" rəqibinin qapısına 5 qol vurdu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni mövsümə hazırlığı davam etdirən “Qarabağ” daha bir yoxlama matçı keçirib.
Baş məşqçi Qurban Qurbanovun futbolçuları Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şabab” klubu ilə qarşılaşıblar. 7 qolun vurulduğu oyunda “köhlən atlar” 5-2 hesablı qələbə qazanıblar.
Komandanın heyətində het-trik edən Abdulla Zubirlə yanaşı, Leandro Andrade və Yassin Benzia fərqləniblər.
Qeyd edək ki, “Qarabağ” iyulun 16-da daha bir yoxlama görüşündə qüvvəsini sınayıb. Xorvatiyanın “Slaven Belupo” kollektivi ilə üz-üzə gələn Ağdam təmsilçisi Musa Qurbanlının yeganə qolu sayəsində qalib gəlib.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
