Pleyeri seçin:
"Qarabağ"ın aparıcı futbolçusu Çin klubunun transfer hədəfində
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın aparıcı futbolçularından Leandro Andrade klubdan gedə bilər.
Bu barədə Portuqaliyanın "Record" nəşri məlumat yayıb. Bildirilir ki, 24 yaşlı yarımmüdafiəçi Çinin "Şanxay Şenxua" komandasının diqqət mərkəzinə düşüb.
Hətta iddia olunur ki, Çin təmsilçisi Kabo Verdeli oyunçu üçün “Qarabağ”la danışıqlara başlayıb. “Köhlən atlar”ın bu təklifə necə cavab verəcəyi isə hələ ki məlum deyil.
Qeyd edək ki, Leandro Andrade 2021-ci ildən “Qarabağ”ın formasını geyinir. Ağdam təmsilçisi ilə müqaviləsi 2025-ci ilə qədər olan futbolçu 82 görüşdə 18 dəfə rəqib qapılarına yol tapıb. Ağdam təmsilçisi ilə 2 dəfə ölkə çempionu olan Leandro 1 dəfə isə kubokda qalib gəlib.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
