"Qarabağ"ın bu futbolçusu Qətər klubunun diqqət mərkəzinə düşüb
“Qarabağ”ın əlcəzairli futbolçusu Yassin Benzia karyerasını Qətərdə davam etdirə bilər.
Yerli mediada yayılan məlumata əsasən, 30 yaşlı oyunçu “Umm-Səlal” komandasının diqqət mərkəzinə düşüb. Bildirilir ki, Benzianın millidəki oyununu izləyən Qətər klubunun baş məşqçisi Pablo Maçin onun dəvətində şəxsən maraqlıdır.
Qeyd edək ki, 2023-cü ildən “Qarabağ”da çıxış edən Yassin indiyədək 84 matça qatılıb. 23 qol və 22 məhsuldar ötürmə müəllifi olan əlcəzairli futbolçu Azərbaycan çempionatı və kubokunda qalib gəlib. “Köhlən atlar”la müqaviləsi bu yayadək olan Benzia daha əvvəl Fransanın “Lion” və “Lill”, Yunanıstanın “Olimpiakos”, eləcə də Türkiyənin “Hatayspor” və “Fənərbağça” komandalarında top qovub.
2016-cı ildən Əlcəzair millisinə dəvət olunan Yassin ümumən 8 qarşılaşmada meydana çıxıb. Təcrübəli oyunçu bu matçlarda 4 dəfə rəqib qapılarına yol tapıb.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ”ın Avroliqadakı oyunları barədə vacib məlumat | Yeni idman xəbərləri - Baku TV
- DÇ-2026-da yaşananlar | "Real Madrid"in yeni transferi açıqlandı | Yeni idman xəbərləri - Baku TV
- DÇ-2026-da nəhənglərin matçında nələr yaşandı? - Yeni idman xəbərləri - Baku TV
- Premyer Liqada tarixi assist rekordu | Yeni idman xəbərləri - Baku TV
- "Qarabağ" müqaviləsi bitən və icarədən qayıdan futbolçularla vidalaşdı - Baku TV
