“Real” daha bir mükafatı qazanmağa yaxındır
Yeniliklərdən dərhal xəbərdar olun
Mərakeşdə keçirilən klublararası dünya çempionatında 2-ci finalçı müəyyənləşib.
Rabat şəhərinin “Mulay Abdella” arenasındakı matçda “Əl-Əhli” və “Real Madrid” komandaları qarşılaşıb. 4 qolun qeydə alındığı görüşdə “kral klubu”ndan Vinisius, Valverde, Rodriqo və Arribasın toplarına, “Əl-Əhli” yalnız 1 dəfə cavab verib. Lakin Əli Maalulun qolu təsəllidən başqa bir şey olmayıb. Beləliklə, 4-1 hesabı ilə qalib gələn “Real Madrid” finalda “Əl-Hilal”a rəqib olub.
İngiltərə çempionatında 8-ci turdan təxirə salınan matç keçirilib. “Mançester Yunayted” və “Lids” arasında görüşdə 4 qol vurulub. Qonaqlar Qnontonun topu və Varanın avtoqolundan sonra 2-0 hesablı üstünlük qazansalar da, sərfəli hesabı qoruya bilməyiblər. Hücumlarını sürətləndirən “qırmızı şeytanlar” Reşford və Sançonun qolları ilə məğlubiyyətdən xilas olublar. “Mançester Yunayted” - “Lids”: 2-2. Xallarının sayını 43-ə yüksəldən “mankunianlar” 3-cü pillədə qərarlaşıb. Çempionatda 8 oyundur qalibiyyətə həsrət olan “Lids” isə 19 xalla 16-cıdır.
Fransa kubokunda 1/8 finalın matçları keçirilib. Yarışın əsas favoriti PSJ səfərdə “Marsel”lə üz-üzə gəlib. İlk hissə Aleksis Sançez və Serxio Ramosun qarşıqlıqlı qolları ilə 1-1 hesabı ilə yekunlaşıb. 57-ci dəqiqədə Ruslan Malinovski meydan sahiblərini yenidən önə çıxarıb. Qalan vaxtda PSJ-nin bərabərlik səyləri nəticə verməyib və 2-1 hesablı qələbə qazanan “Marsel” 1/4 finala adlayıb.
#PSJ FK teqi istifadə olunub
- Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi - Yeni idman xəbərləri - Baku TV
- Çempion olan PSJ oyunçuları Makronun qəbulunda
- Azarkeşlərin sevinci iğtişaşlara çevrildi, yüzlərlə saxlanılan var
- PSJ-nin qələbəsindən sonra iğtişaşlar baş verdi
- Çempionlar Liqasının qalibi müəyyənləşdi | PSJ ardıcıl 2-ci dəfə çempion oldu - Baku TV
