Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşündən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 28-də FIFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Görüşdən sonra AFFA prezidenti FIFA TV-yə qısa müsahibə verib.
“Həmişəki kimi, FIFA prezidenti ilə görüşümüz çox yüksək səviyyədə keçdi. Həm infrastruktur, həm FIFA-nın həyata keçirdiyi layihələrdə AFFA-nın dəstək məsələlərini müzakirə etdik. Azərbaycan futboluna dəstəyinə görə FIFA-ya və rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycanda qadın futbolu cavan olsa da, müsəlman ölkələri arasında ən öncül sıralarda dayanır. FIFA-nın dəstəyi ilə 2013-cü ildə 17 yaşadək qızlar arasında dünya çempionatının keçirilməsi Azərbaycanda qadın futboluna böyük dəstək oldu və bu, inkişaf etməyə başladı”, - deyə Rövnəq Abdullayev bildirib.
#Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) teqi istifadə olunub
- FIFA U-15 turniri Azərbaycan futboluna nə qazandıracaq? - Baku TV
- Dünya çempionatı ilə bağlı qərar FIFA rəhbərini tənqidlərin hədəfinə çevirib
- Dünya Çempionatının kommersiya hüquqları ilə bağlı plan narazılıq yaradıb - Baku TV
- İnfantinonun əleyhdarları sabiq məşqçinin namizəd olmasını istəyirlər
- İnfantinonun reytinqi niyə aşağı düşdü? - Venger FIFA prezidenti ola bilər? - Baku TV
