Rövşən Nəcəf IV minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə görüş keçirib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 15-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş, dövlət qurumları arasında keçirilən IV mini futbol turnirinin qalibi olan SOCAR komandası ilə görüşüb.
Turnir boyunca məğlubiyyətsiz çıxış edərək finalda inamlı qələbə qazanan komandanı ürəkdən təbrik edən Rövşən Nəcəf bu uğurun peşəkarlığın, intizamlı oyunun və qələbə əzminin nəticəsi olduğunu vurğulayıb.
SOCAR prezidenti komandanın aparıcı oyunçularından Elnur Hüseynovun turnirin “Ən yaxşı oyunçusu” nominasiyasına layiq görülməsinin əlavə qürur hissi yaşatdığını qeyd edib. Həmçinin bu uğurlu çıxışın davamı olaraq 5–7 iyun 2026-cı il tarixlərində Mərakeş Krallığının Kasablanka şəhərində keçiriləcək III Dünya Korporativ Oyunlarında komandanın ölkəmizi layiqincə təmsil edəcəyinə əminliyini ifadə edib.
Görüş çərçivəsində komanda üzvlərinə turnirdə göstərdikləri yüksək peşəkarlıq, komanda ruhu və qazanılan parlaq qələbəyə verdikləri töhfəyə görə SOCAR-ın Aparat rəhbəri, “Neftçi” İdman Klubunun İdarə Heyətinin sədri Hafiz Zeynalov tərəfindən təşəkkürnamələr təqdim olunub.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV
- SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV
- SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
