“Sabah” klubu Konfrans Liqasında debüt matçına çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Sabah” klubu UEFA Konfrans liqasında ilk görüşünü keçirib.
“Bayquşlar” II təsnifat mərhələsinin ilk oyununda Latviyanın RFŞ kollektivinin qonağı olub.
“Sloka” stadionunda baş tutan qarşılaşmada hesab 22-ci dəqiqədə açılıb. Boyan Letiç komandasının və özünün ilk qolunu vurub. Tərəflər fasiləyə “Sabah”ın minimal üstünlüyü ilə yollanıblar.
2-ci hissədə də təmsilçimiz hücumlarını davam etdirib və 55-ci dəqiqədə fərq 2-yə çatıb. Bu dəfə David Volkov rəqib qapısını dəqiq nişan alıb. Bununla da “Sabah” avrokuboklarda debüt matçından qələbə ilə ayrılıb.
Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək. Cütün qalibi III təsnifat mərhələsində Serbiyanın “Partizan” kollektivi ilə üz-üzə gələcək.
#UEFA Konfrans Liqası teqi istifadə olunub
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- "Neftçi" - "Dinamo" matçı necə nəticələnəcək? - Yeni idman xəbərləri - Baku TV
- “Turan Tovuz” Konfrans Liqasından kənarlaşdırıldı | Yeni idman xəbərləri - Baku TV
- "Samsunspor" UEFA Konfrans Liqasında ilk məğlubiyyətini aldı
- UEFA Konfrans Liqasının pley-off matçı | Əliyar Ağayevdən qalmaqallı qərar
