Şəhid jurnalistlərin xatirəsinə həsr edilən futbol turnirinin açılış mərasimi keçirildi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“2020-ci ildə baş tutan Vətən müharibəsi Ordumuzun qələbəsi ilə nəticələnəndən sonra mətbuat əməkdaşları erməni vandallarının viran qoyduğu ərazilərdə çəkilişlər aparmağa başladılar. Bu fəaliyyət zamanı – 2021-ci il iyunun 4-də Kəlbəcərdə qardaşım Məhərrəm İbrahimov Sirac Abışovla birlikdə ermənilərin mina terrorunun qurbanı oldu və şəhidlik zirvəsinə ucaldı. Biz bir ildən sonra belə bir qərara gəldik ki, peşə fəaliyyətini ləyaqətlə yerinə yetirərkən şəhid olan jurnalistlərimizin xatirəsini əbədiləşdirmək üçün turnir keçirək”.
Bu sözləri Baku TV-yə müsahibəsində şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş minifutbol turnirinin təşkilatçısı Əsgər İbrahimov deyib.
“Bu il artıq 5-ci xatirə turnirini təşkil edirik. Komandaların sayı ilbəil artır. Burada məqsədimiz Vətən yolunda canlarını fəda etmiş mərd oğullarımızın əziz xatirəsini yaşatmaq, o cümlədən şəhid jurnalistlərimizin fəaliyyətini və gördükləri işləri daima diqqətdə saxlamaqdır”, – deyə o bildirib.
