Pleyeri seçin:
Sərbəst güləş yığmamız Avropa çempionu olub
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
23 yaşadək idmançılardan ibarət sərbəst güləş üzrə yığmamız Bakıda keçirilən Avropa çempionatının qalibi olub.
Pəhləvanlarımızdan 74 kq-da çıxış edən Cəbrayıl Hacıyev qızıl medal qazanıb. Digər idmançılarımız – Kənan Heybətov 70, Əli Tsokayev 79 kq çəki dərəcəsində gümüş medalın sahibi olub.
Nürəddin Novruzov və Arseniy Djioyev isə bürünc mükafatın sahibi olublar. Beləliklə, 1-i qızıl, 2-si gümüş və 2-si bürünc olmaqla yarışda ümumən 5 medal qazanan komandamız 137 xal toplayaraq Avropa çempionu olub. 119 xal toplayan Türkiyə millisi ikinci, Moldova isə üçüncü yeri tutub.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız da daha əvvəl ümumi hesabda Avropa çempionu olub.
Kopyalandı
#Avropa çempionatı teqi istifadə olunub
- AMADA maarifləndirici seminar təşkil etdi - Yeni idman xəbərləri
- Azərbaycan Cüdo Federasiyası "Baku TV"yə adları açıqladı - Baku TV
- Voleybolçularımız Avropa çempionatında ilk oyunlarını qələbə ilə başa vurublar - Baku TV
- Avropa çempionu olan millimiz Vətənə qayıtdı | İdmançılarımız təəssüratlarını bölüşdü - Baku TV
- Minifutbol millimiz ikiqat Avropa çempionu oldu - Baku TV
