Türkiyədə həbs olunan israilli futbolçu barədə qərar verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə böyük qalmaqala səbəb olan qol sevincinə görə həbs olunan israilli futbolçu Saqiv Yehezkel azadlığa buraxılıb.
“Antalyaspor”da çıxış edən və “Trabzonsporla” matçda qol vurduqdan sonra İsraillə Fələstin arasında döyüşlərin başlanmasının 100-cü gününə həsr olunan yazını göstərən Saqiv bu insidentlə bağlı prokurorluqda ifadə verib.
S.Yehezkel “Trabzonspor”la görüşdə qol sevincinə görə “insanları kin və düşmənçiliyə təhrik etmək”də ittiham olunub. Ancaq futbolçu müharibə tərəfdarı olmadığını, eləcə də kimisə qıcıqlandırmaq və ya təhrik etmək məqsədi güdmədiyini bildirib. Müharibənin bitməsini istədiyini deyən oyunçu məhz bu səbəbdən o işarəni göstərdiyini və siyasətlə əlaqəsi olmadığını söyləyib.
Araşdırmadan sonra azadlığa buraxılan Saqiv Yehezkelin yekunda Türkiyədən deportasiya edilməsinə qərar verilib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
