İdman
Pleyeri seçin:
Türkiyəli idmançı çempionat xatirələrini bölüşdü
“Ermənistanda bir millət, iki dövlətin gücünü göstərdim”.
Bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının qalibi olan Türkiyə millisinin üzvü Nuray Güngör Bakıdakı qarşılama mərasimində jurnalistlərə açıqlamasında deyib.
O, təmtəraqlı qarşılanmaya görə təşəkkürünü bildirib. “Azərbaycana qarşı olan hörmətsizlik bizə də edilmiş sayılır. Azərbaycan yığması həmin hadisədən sonra yarışı tərk etməli oldu. Dedim ki, onlar yoxdurlarsa, biz varıq. Ən gözəl cavabımız dövlət himnimizin səslənməsi oldu”, – deyə türkiyəli idmançı qeyd edib.
Kopyalandı
Seçilmişlər