Pleyeri seçin:
U-20 dünya çempionatında ABŞ millisi Fransa yığmasını məğlub edib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
20 yaşadək futbolçular arasında dünya çempionatının qrup mərhələsinin II turunda sensasiyalı nəticə qeydə alınıb. Çilinin Rankaqua şəhərində keçirilən oyunda ABŞ millisi güclü Fransa yığmasını 3:0 hesabı ilə məğlub edib. Amerikalılar bütün qolları oyunun ikinci hissəsində vuraraq E qrupunda 6 xalla liderliyə yüksəliblər. Məğlubiyyətə baxmayaraq, Fransa millisi 3 xalla ikinci pillədə qalır. Qrup mərhələsinin son turunda ABŞ komandası Cənubi Afrika Respublikası, Fransa yığması isə Yeni Kaledoniya ilə qarşılaşacaq. Bu qələbə ABŞ komandasının turnirdəki ambisiyalarını göstərir.
Kopyalandı
#U-20 Dünya çempionatı teqi istifadə olunub
