Pleyeri seçin:

UEFA Çempionlar Liqasında 2-ci turun görüşləri keçirilir

02 oktyabr 2024 513 baxış

UEFA Çempionlar liqasında 2-ci turun matçları keçirilir.

Mərkəzi qarşılaşmalardan biri Londonda “Arsenal” və “Pari Sen-Jermen” arasında olub. “Emireyts” arenasında təşkil olunan görüş meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qolları Kay Haverts və Bukayo Sakanın aktivindədir.

Daha bir diqqət çəkən oyunda Leverkuzen “Bayer”i “Milan”ı qəbul edib. Matçda yeganə qol 2-ci yarının əvvəlində vurulub. Viktor Bonifeysin dəqiq zərbəsi Almaniya çempionuna 3 xal qazandırıb.

İlk turda “Monako”ya məğlub olan “Barselona” bu dəfə doğma meydanda İsveçrə təmsilçisi “Yanq Boyz”a 5-0 hesabı ilə qalib gəlib. “Blauqrana”nın heyətində dubl edən Robert Levandovski ilə yanaşı, Rafinya və İnyiqo Martines fərqləniblər. Daha bir epizodda rəqibin üzvü Mohamed Kamara avtoqol müəllifi olub.

2023-cü ilin çempionu “Mançester Siti” də turu 3 xalla başa vurub. Slovakiyanın paytaxtı Bratislavada “Slovan”ın qonağı olan “şəhərlilər” 4-0 hesablı qələbə qazanıblar. İngiltərə nəhənginin qolları İlkay Gündoğan, Fil Foden, Erlinq Holand və Ceyms Makatinin aktivindədir.

Eyni nəticə İtaliya çempionu “İnter” və Serbiyanın “Srvena Zvezda” klubu arasında görüşdə qeydə alınıb. “Cuzeppe Meatsa” arenasında keçirilən matçda “neradzurri”nin qollarını Hakan Çalhanoğlu, Marko Arnautoviç, Lautaro Martinez və Mehdi Taremi vurublar.

Gecənin ən bol qollu oyunu Dortmundda olub. Şotlandiyanın “Seltik” komandasını qəbul edən “Borussiya” 7-1 hesabı ilə qalib gəlib. “Sarı-qaralar”ın heyətində Kərim Adeyemi het-trik, Seru Qirassi isə dublla diqqət çəkib. Daha iki epizodda Emre Can və Feliks Nmeçanın zərbəsi dəqiq olub.

Banner
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 513 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 513 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 513 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 513 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 513 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 513 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 513 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 513 baxış
UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

İdman
05 noyabr 2026 513 baxış
“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

İdman
05 noyabr 2026 513 baxış
Seçilmişlər
icon