Pleyeri seçin:

UEFA Çempionlar Liqasında 5-ci tura yekun vurulub

28 noyabr 2024 162 baxış

UEFA Çempionlar liqasında V tura yekun vurulub.

Gecənin mərkəzi görüşündə “Liverpul” və “Real Madrid” klubları üz-üzə gəliblər.

“Enfild” arenasında keçirilən matç “qırmızılar”ın 2-0 hesablı qələbəsi ilə bitib.

Qarşılaşmada hesabı 52-ci dəqiqədə Aleksis Makkalister açıb. 61-ci dəqiqədə “kral klubu” tarazlığı bərpa etmək üçün imkan qazansa da, Kilian Mbappe penaltidən fərqlənə bilməyib. 76-cı dəqiqədə isə Kodi Qakpo 2-ci topu “Real”ın qapısından keçirib.

Zaqrebdə “Dinamo”nun qonağı olan ötən mövsümün finalçısı “Borussiya Dortmund” inamlı qələbəyə sevinib. “Maksimir” stadionunda baş tutan qarşılaşmada Almaniya klubu 3-0 hesabı ilə güclü olub. Komandanın qollarını Qittens, Bensebaini və Qirassi vurublar.

Gecənin məhsuldar görüşlərindən biri “Monako” və “Benfika” arasında olub. 5 qolun qeydə alındığı matçın ilk hissəsi knyazlıq klubunun 1-0 hesablı üstünlüyü ilə yekunlaşsa da, fasilədən sonra dönüş edən “Benfika” 3-2 hesablı qələbə qazanıb.

Bu nəticələrdən sonra Liqa mərhələsinin yarış cədvəlinə 15 xalı olan “Liverpul” başçılıq edir. 2 xal az toplayan “İnter” isə 2-ci yerdədir.

Kriştianu Ronaldunun Ərəbistanı tərk etməsinə nə səbəb oldu? - Baku TV

Kriştianu Ronaldunun Ərəbistanı tərk etməsinə nə səbəb oldu? - Baku TV

İdman
04 mart 2026 162 baxış
Məşhur futbolçu “Qarabağ”dan gedir? - Yeni idman xəbərləri - Baku TV

Məşhur futbolçu “Qarabağ”dan gedir? - Yeni idman xəbərləri - Baku TV

İdman
04 mart 2026 162 baxış
Hakim narazılığı ilə bağlı məsələ necə nəticələndi? | Yeni idman xəbərləri - Baku TV

Hakim narazılığı ilə bağlı məsələ necə nəticələndi? | Yeni idman xəbərləri - Baku TV

İdman
04 mart 2026 162 baxış
Qurban Qurbanov "Sabah"la qarşılaşmada yaranan mübahisəyə aydınlıq gətirdi - Baku TV

Qurban Qurbanov "Sabah"la qarşılaşmada yaranan mübahisəyə aydınlıq gətirdi - Baku TV

İdman
03 mart 2026 162 baxış
Buna səbəb regionda baş verən hərbi münaqişələrdir

Buna səbəb regionda baş verən hərbi münaqişələrdir

İdman
02 mart 2026 162 baxış
“Real Madrid”in rəqibi “Mançester Siti”dir

“Real Madrid”in rəqibi “Mançester Siti”dir

İdman
02 mart 2026 162 baxış
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ənənə halına gəlmiş tədbir bu dəfə Qazaxda

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ənənə halına gəlmiş tədbir bu dəfə Qazaxda

İdman
02 mart 2026 162 baxış
Çempionatın təxirə salınma səbəbi - Baku TV

Çempionatın təxirə salınma səbəbi - Baku TV

İdman
02 mart 2026 162 baxış
İran millisi mundialdan kənarda qala bilər | Savaşın yarışa təsiri - Baku TV

İran millisi mundialdan kənarda qala bilər | Savaşın yarışa təsiri - Baku TV

İdman
02 mart 2026 162 baxış
"Neftçi"nin baş məşqçisi son turu dəyərləndirdi - Baku TV

"Neftçi"nin baş məşqçisi son turu dəyərləndirdi - Baku TV

İdman
02 mart 2026 162 baxış
Seçilmişlər
icon