UEFA Çempionlar liqasında I turun matçları davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar liqasının Liqa mərhələsində I turun növbəti görüşləri olub.
Günün diqqət mərkəzində olan əsas matçında “Mançester Siti” və “İnter” üz-üzə gəliblər.
2023-cü ilin finalçılarının qarşılaşmasında üstünlük “şəhərlilər”də olsa da, oyun qolsuz bərabərliklə başa çatıb.
Yarışda qələbəyə iddialı “Pari Sen-Jermen” isə azarkeşlərini sevindirib. “Park de Prens”də debütant “Jirona”nı qəbul edən Fransa nəhəngi 1-0 hesabı ilə qalib gəlib. Parislilərin yeganə topu avtoqol müəllifi olan qonaqların qapıçısı Qassaniqanın passivindədir.
Ötən mövsüm yarışın finalında “Real”a uduzan “Borussiya Dortmund” da turu 3 xalla başa vurub. Belçikada “Brügge” ilə qarşılaşan Almaniya klubu 3-0 hesabı ilə güclü olub.
Dortmundluların qolları dubl edən Bayno-Qittens və penaltidən fərqlənən Qirassinin aktivindədir.
Gecənin ən məhsuldar matçı Şotlandiyada olub. Slovakiyanın “Slovan” komandasını qəbul edən “Seltik” ilk hissəni 1-0 hesabı ilə irəlidə tamamlayıb. 2-ci yarıda isə meydan sahibləri 4 dəfə rəqib qapısına yol tapıblar. Bratislava təmsilçisinin gücü yalnız 1 topa çatıb. “Seltik” – “Slovan”: 5-1.
Gecənin digər oyunlarıns gəldikdə, “Bolonya” və “Şaxtyor” qolsuz sülh bağlayıblar. “Sparta Praqa” isə “Zaltsburq”u 3-0 hesabı ilə məğlub edib.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV
- Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV
- Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV
- Toni Kroos PSJ barədə danışdı
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
