Pleyeri seçin:

UFC-də Pyotr Yan və Merab Dvalişvili arasında döyüş baş tutub

12 mart 2023 421 baxış

Amerika Birləşmiş Ştatlarında UFC-nin növbəti turniri keçirilib.

Las-Veqas şəhərində baş tutan “UFC Fight Night 221” yarışının əsas döyüşündə 61 kq-dək çəkidə rusiyalı Pyotr Yan və gürcüstanlı Merab Dvalişvili üz-üzə gəlib. Baxış duelində idmançılar arasında gərginlik olduğu üçün görüşün də maraqlı alınacağı gözlənilirdi.

Qarşılaşmanın əvvəlində bərabər səviyyəli mübarizə getsə də, sonradan vəziyyət dəyişib. Döyüşün gedişatında yumruq zərbələri və teykdaun cəhdlərini uğurla istifadə edən Merab hakimlərin yekdil qərarı ilə qalib elan olunub.

Bununla da, P.Yan UFC-də ardıcıl 3-cü döyüşündən məğlub ayrılıb. Daha əvvəl Şon Omelli və kəmərin sahibi Alcameyn Sterlinqlə bacarmayan 30 yaşlı Pyotr sonuncu dəfə 2021-ci ildə Kori Sendhageni məğlub etmişdi.

Ümumən isə rusiyalı idmançı MMA yarışlarında 21 görüşdə 16 dəfə qələbə qazanıb, 5 dəfə isə uduzub. Onu məğlub edən M.Dvalişvili isə UFC-də uğurlu seriyasını davam etdirir. Ardıcıl 9-cu qarşılaşmada qalibiyyətə sevinən Merab MMA turnirlərində 16-cı qələbəsini əldə edib.

Banner
Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

İdman
28 oktyabr 2026 421 baxış
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 421 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 421 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 421 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 421 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 421 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 421 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 421 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 421 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 421 baxış
Seçilmişlər
icon