Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar minifutbol turniri keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakıda Beynəlxalq Minifutbol Turniri keçiriləcək.
Bununla əlaqədar təşkil olunan püşkatma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, federasiya rəsmiləri və millimizin üzvləri iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən F.Qayıbov və O.Məmmədov minifutbol yığmamızın ötən il Avropa çempionatında qazandığı parlaq qələbə barədə danışaraq ölkəmizdə keçiriləcək yarışda da komandamızın uğurlu nəticə əldə edəcəyinə inam ifadə ediblər.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda idmana və idmançılara verdiyi dəstəklə bağlı videoçarx nümayiş etdirildikdən sonra yarışın reqlamenti barədə məlumat verilib. 10 komandanın iştirak edəcəyi turnirdə yığmalar mübarizəyə qrup mərhələsindən start verəcəklər. Qrupda 1-ci və 2-ci yerləri tutan millilər yarımfinala, burada qalib gələn kollektivlər isə finala adlayacaqlar.
Püşkatmanın nəticələrinə əsasən, A qrupunda Azərbaycan, Çexiya, Serbiya, Gürcüstan və İtaliya yığmaları yer alıb. B qrupunda isə Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə və Cənubi Afrika Respublikası komandaları qərarlaşıblar.
#Minifutbol turniri teqi istifadə olunub
- Rövşən Nəcəf IV minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə görüş keçirib - Baku TV
- Finalda “İlanlı” və “Ellərkənd” komandaları qarşılaşıb
- 12 komandanın mübarizə apardığı minifutbol turniri
- Şamaxıda ”Milli Mətbuat 150”nin qalibləri müəyyənləşdi
- Dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda "Fan Zona" təşkil olunub
