Viktor Osimhen İngiltərə Premyer Liqasında çıxış edəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər.
26 yaşlı hücumçu “Mançester Yunayted”in diqqət mərkəzindədir. İddia olunur ki, “qırmızı şeytanlar” təcrübəli forvard üçün artıq rəsmi təklif də hazırlayıblar. Məlumata görə, V.Osimhen bu transferə müsbət yanaşsa da, illik 12 milyon avro məvacib tələb edir.
Bundan əlavə, onun müqavilə ilə məxsus olduğu “Napoli”yə də 75 milyon avro ödəmək lazım gələcək. Viktorun neapollularla sözləşməsində azad qalma qarşılığında məhz bu məbləğ göstərilib.
Qeyd edək ki, “Qalatasaray”da icarədə olan V.Osimhen indiyədək 24 matça çıxıb. Hücumçu bu oyunlarda 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqavilə ilə məxsus olduğu “Napoli” ilə razılaşması isə 2026-cı ilə qədərdir.
#Viktor Osimhen teqi istifadə olunub
- Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri
- "Real Madrid"dən ulduz oyunçu üçün nə qədər pul tələb etdilər? - Baku TV
- Viktor Osimhen “Qalatasaray”ın texniki heyətini sevindirib | Yeni idman xəbərləri
- Viktor Osimhen "Napoli"də ona qarşı olan münasibətdən danışdı - Baku TV
- Osimhen və İkardi şou göstərdi
