Xabi Alonso "Real Madrid"in qarşısında şərt qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
Qeyri-sabit mövsüm keçirən “Real Madrid”in baş məşqçisi Karlo Ançelottini əvəzləməyə əsas namizəd Xabi Alonso klubun qarşısında müəyyən şərtlər qoyub.
İspaniyalı mütəxəssis şəxsi müqaviləsinin detallarını razılaşdırmaq üçün “Real”a bir ay vaxt verib.
Bildirilir ki, Alonso “los blankos” rəsmiləri ilə danışıqlarda potensial transferlərin də müzakirə olunmasını tələb edib. 43 yaşlı çalışdırıcı komandanın bəzi mövqelərini gücləndirmək niyyətindədir.
Qeyd edək ki, Madrid nəhənginin Çempionlar liqasında “Arsenal”a 0-3 hesablı məğlubiyyətindən sonra Karlo Ançelottinin tezliklə istefaya göndəriləcəyi gündəmdədir. Bəzi insayderlər, o cümlədən Fabritsio Romanonun məlumatına görə, “Real” Ançelottinin yerinə yalnız Xabi Alonsonun dəvətini nəzərdən keçirir.
Maraqlıdır ki, həm italiyalı məşqçinin, həm də hazırda “Bayer Leverkuzen”də işləyən Xabi Alonsonun müqaviləsi 2026-cı ilə qədərdir.
#Real Madrid FK teqi istifadə olunub
- "Real Madrid" La Liqa prezidentinin istefasını tələb edib | Yeni idman xəbərləri - Baku TV
- Braziliyalı ulduz futbolçuya dörd oyunluq diskvalifikasiya cəzası verilib - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- Joze Mourinyo braziliyalı oyunçunu ehtiyatda saxlayacaq?
- Millimiz Litva ilə bacarmadı - Yeni idman xəbərləri - Baku TV
