Yaponiyada 6 medal qazanan karateçilərimiz Azərbaycana qayıtdı
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın Okinava şəhərində keçirilən kata və kumite üzrə beynəlxalq yarışda parlaq nəticəyə imza ataraq 5-i qızıl və 1-i gümüş olmaqla 6 medal qazanan idmançılarımız Vətənə qayıdıb.
Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər qarşılayıblar.
Qeyd edək ki, 22-23 iyul tarixlərində keçirilən beynəlxalq turnirə “Azerbaijan Sport Talents Academy”nin dəstəyi ilə qatılan idmançılarımız kata və kumite ilə yanaşı, veteranlar arasında yarışda da qüvvəsini sınayıb.
Bundan başqa, təmsilçilərimiz Ümumdünya Koşiki Karate-do Federasiyasının rəhbəri, 10-cu dan qara kəmər sahibi, professor Massayuki Kukan Xisatakanın beynəlxalq seminarında da iştirak edərək, ustalıq dərəcələrinə layiq görülüb və uyğun sertifikatlarla təltif olunublar.
#Yaponiya teqi istifadə olunub
- Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı
- 27 yaşlı qadın qul kimi neçəyə satılıb?
- Sorğu yarana biləcək sağlamlıq riskləri ilə bağlıdır
- Tokio ilə Moskva arasında xaos | Gərginlik niyə alovlandı? - Baku TV CANLI
- Təbii fəlakət yaponların həyatını alt-üst etdi - Baku TV CANLI
