Pleyeri seçin:

Yunan-Roma güləşçilərimizdən Dünya çempionatında tarixi uğur | Albaniya

30 oktyabr 2024 518 baxış

Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatında tarixi uğura imza atıblar.

Albaniyanın paytaxtı Tiranada keçirilən yarışda eyni gündə 3 pəhləvanımız qızıl medal qazanıb.

İdmançılarımızdan 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli finalda iranlı Poya Marz ilə üz-üzə gəlib. Görüş 1-1 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə qalib gələn E.Əzizli karyerasında 4-cü dəfə dünya çempionatının qızıl medalına yiyələnib.

Digər güləşçimiz 63 kq çəkidə qüvvəsini sınayan Nihat Məmmədli həlledici mərhələdə qazaxıstanlı Yerjet Jarlikassini 6-1 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha bir idmançımız 72 kq çəki dərəcəsində mübarizə aparan Ülvü Qənizadə isə finalda fransalı İbrahim Qanemdən 3-2 hesabı ilə üstün olub və 3-cü qızıl medalı ölkəmizin aktivinə yazdırıb.

Titulunu qoruyan komandamız ardıcıl 2-ci dəfə bu uğura imza atıb. Ölkəmiz ən yaxın izləyicisi İranı 34 xal qabaqlayıb. Millimiz bu nəticə ilə Azərbaycan güləşində birdən-birə 2 rekordu yeniləyib. Eyni zamanda yunan-Roma yığmamız turnirdə 3 qızıl medal qazanmaqla ilkə imza atıb.

Banner
Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

İdman
09 noyabr 2026 518 baxış
Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

İdman
09 noyabr 2026 518 baxış
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 518 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 518 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 518 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 518 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 518 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 518 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 518 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 518 baxış
Seçilmişlər
icon