Pleyeri seçin:
Azərbaycan 2024-cü ildə Avropaya nə qədər qaz ixrac edib?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü ildə Azərbaycan Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 12,9 milyard kubmetr təbii qaz ixrac edib.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
Nazir xatırladıb ki, Azərbaycanın Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə Avropaya qaz ixracına başlamasından dörd il ötür. Bu müddətdə TAP-la Avropaya 42,8 milyard kubmetr təbii qaz tədarük olunub.
Qeyd edək ki, ötürmə qabiliyyəti illik 10 milyard kubmetr olan kəmərin uzunluğu 880,8 kilometrdir. Ümumilikdə isə 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın ixrac etdiyi təbii qazın həcmi 23,5 milyard kubmetr olub. Hazırda ölkəmiz 12 ölkəyə “mavi yanacaq” nəql edir.
Kopyalandı
#Avropa teqi istifadə olunub
- Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI
- Noyabrda sifariş edilmiş neft həcmləri göndəriləcək
- Sensasiyalı iddia: Rusiya Avropada təxribat planını necə gücləndirib? - Baku TV
- Hökumətlər yeni mənbələr axtarışındadır
- Yaxın Şərqdəki gərginlik qaz tədarükünü təhlükəyə atır | Avropa nə edəcək? - Baku TV
