Pleyeri seçin:

Azərbaycanda həyata keçiriləcək külək və günəş enerjisi layihələri | Memorandum barədə detallar

10 mart 2025 552 baxış

Hazırda “SOCAR Green” və “PowerChina” arasında qarşılıqlı anlaşma memorandumu çərçivəsində Azərbaycanda birgə həyata keçiriləcək günəş və külək enerjisi layihələrinin ilkin qiymətləndirilməsi aparılır.

Bu barədə “Trend”ə “SOCAR Green”dən məlumat verilib.

“Bu, strateji tərəfdaşlıq bərpa olunan enerji sahəsində bir sıra imkanların araşdırılmasına yönəlib. Buraya iri miqyaslı günəş fotovoltaik layihələri, quruda və dənizdə külək elektrik stansiyalarının tikintisi, eləcə də enerji saxlama sistemləri və inteqrasiya olunan ağıllı enerji sistemləri kimi infrastruktur layihələri daxildir. “SOCAR Green” və “PowerChina” bu layihələrin texniki-iqtisadi əsaslandırılmasını qiymətləndirmək üçün sıx əməkdaşlıq edir. Dəqiq investisiya rəqəmləri qiymətləndirmə prosesi irəlilədikcə müəyyən ediləcək”, – “SOCAR Green”dən bildirilib.

Qeyd edək ki, “SOCAR Green” və “PowerChina” COP29 çərçivəsində Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı üzrə birgə imkanların araşdırılması məqsədilə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Memorandum günəş və külək elektrik stansiyalarının inşası, inteqrasiya olunan ağıllı enerji sistemləri, yaşıl hidrogen istehsalı ilə bağlı layihələrin qiymətləndirilməsi və sərmayə qoyuluşunda birgə səyləri nəzərdə tutur.

“Həmçinin COP29 çərçivəsində əldə edilən daha bir əhəmiyyətli nailiyyəti qeyd etmək istərdik: “SOCAR Green” Azərbaycanın cənub bölgələrində potensial geotermal sistemlərin qiymətləndirilməsi üçün “Baker Hughes” ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb”, – deyə “SOCAR Green”dən bildirilib.

Banner
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 552 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 552 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 552 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 552 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 552 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 552 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 552 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 552 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 552 baxış
Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 552 baxış
Seçilmişlər
icon