Azərbaycanın diqqətçəkən potensialı | ABŞ ilə enerji sahəsindəki əlaqələr güclənir
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan ABŞ-nin "Exxon Mobil" şirkətinin dəstəyi ilə ölkədə böyük qeyri-ənənəvi neft yatağının kəşfinin həyata keçirilməsinə ümid bəsləyir".
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Exxon Mobil" arasında Əməkdaşlıq haqqında memorandumun imzalanması enerji sahəsində əlaqələrin inkişafına öz töhfəsini verəcək.
Nazir vurğulayıb ki, Azərbaycanın region və dünyanın enerji təhlükəsizliyinə töhfəsi Vaşinqtonda keçirilən görüşlərdə xüsusi olaraq vurğulanıb:
"Azərbaycan bu gün ABŞ-nin 10 müttəfiqini təbii qazla təchiz edir. Ümumilikdə, Azərbaycandan boru kəmərləri ilə qaz tədarükü 14 ölkəni əhatə edir. Ölkəmiz bu yaxınlarda Suriyaya qaz tədarük etməyə başlayıb. ABŞ İsrail və Birləşmiş Ərəb Əmirlikləri kimi müttəfiqlərinin neft-qaz hasilatında Azərbaycanın iştirakını təqdirəlayiq hal kimi vurğulayıb".
M.Cabbarov söyləyib ki, ölkəmizin elektrik enerji resursları, o cümlədən bərpa olunan enerji potensialı süni intellekt texnologiyalarına sərmayələr qoyulması üçün Azərbaycanı cəlbedici məkana çevirir.
#Mikayıl Cabbarov teqi istifadə olunub
- "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır" | Mikayıl Cabbarov - Baku TV
- Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV
- Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV
- ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV
- SOCAR Özbəkistanda yanacaqdoldurma məntəqələrinin tikintisinə investisiya yatıracaq - Baku TV
