Azərbaycanın neft hasilatı ilə bağlı rəqəmlər açıqlandı | 11 ay ərzində...
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü ilin yanvar-noyabr ayları üzrə məlumatlara əsasən, respublikada kondensatla birlikdə 26,5 milyon ton neft hasil edilib.
Bu barədə Energetika Nazirliyindən bildirilib.
Hasilatın 15,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu “Şahdəniz”in, 0,52 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı kondensatla birlikdə 6,8 milyon ton təşkil edib.
11 ay ərzində 22,2 milyon ton neft ixraca nəql olunub. Bunun 19,2 milyon tonu konsorsiumların, 3 milyon tonu isə SOCAR-ın payına düşüb. Neftin emalı 2024-cü ilin yanvar-noyabr aylarında 5,5 milyon ton təşkil edib. Qeyd edilib ki, noyabrda respublika üzrə orta gündəlik neft hasilatı 80 771 ton təşkil edib. Bunun 65 885 tonu xam neftin, 14 886 tonu orta gündəlik kondensat hasilatının payına düşüb.
#Azərbaycan Respublikasının Energetika Nazirliyi teqi istifadə olunub
- SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV
- Azərbaycan və Türkiyənin yeni enerji planı nədir? - Baku TV
- 54 nəfər enerji idarəçisi müəyyən edilib - Baku TV
- Energetika Nazirliyi yataqla bağlı son göstəriciləri açıqlayıb - Baku TV
- Bakı yaşıl enerji tərəfdaşlarının növbəti iclasına ev sahibliyi edib - Baku TV
