Pleyeri seçin:

Azərbaycanın qlobal İslam maliyyəsi bazarına inteqrasiyasında sukukun rolu - Baku TV

24 iyun 2026 326 baxış

Mərkəzi Bankın sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş “İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu”nda bildirib ki, Azərbaycanda ilk sukukun buraxılışına hazırlıq gedir.

Sədr qeyd edib ki, Mərkəzi Bank Azərbaycanda sukukun tətbiqi üçün əlverişli mühitin formalaşdırılması məqsədilə İslam İnkişaf Bankı ilə birgə layihə həyata keçirir.

Məlumat üçün bildirək ki, sukuk istiqrazların islam ekvivalentidir. Lakin istiqrazdan fərqli olaraq sukukda konkret faiz gəliri olmur. Sukuk, yəni islam istiqrazlarını buraxan tərəf alıcıya faiz deyil, layihədən əldə etdiyi real gəlirin bir hissəsini ödəyir. Yəni sukuku buraxan tərəf gəlirlə işləməsə, onun alıcısı gəlir əldə edə bilmir. Bu mənada, sukuk istiqraz və səhmin birgə forması sayılır. Sukukun alıcısı onu buraxan təşkilatın əmlakının sahiblərindən birinə çevrilir.

Bu xüsusiyyətləri nəzərə alanda Azərbaycanda sukukun tətbiqinin əhəmiyyəti nə ola bilər?

İqtisadçı Eyyub Kərimli hesab edir ki, sukuk bazarı uğurla formalaşdırılsa, ölkəmizin maliyyə mərkəzi kimi mövqeyi gücləndirilə bilər, həmçinin Körfəz ölkələrindən daha çox kapital cəlb edilər və xüsusilə də yaşıl enerji, logistika və infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün əlavə resurs əldə edilə bilər:

“Belə ki, bu, ölkənin qeyri-neft sektorunun maliyyələşməsi imkanlarına da ciddi təsir göstərəcək. Hesab edirəm ki, sukukun tətbiqi ölkəni qlobal islam maliyyəsi bazarına inteqrasiya edən strateji körpü rolunu oynayır. Bu addım xarici investisiyanın artırılmasına, maliyyə bazarlarının dərinləşdirilməsinə və iri infrastruktur layihələrinin daha əlverişli maliyyələşdirilməsinə imkan verə biləcək”.

Beynəlxalq investorlar bir arada | Qala gecəsindən görüntülər - Baku TV

Beynəlxalq investorlar bir arada | Qala gecəsindən görüntülər - Baku TV

İqtisadiyyat
26 sentyabr 2026 326 baxış
Bakıda mühüm tədbir | II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu niyə önəmlidir?

Bakıda mühüm tədbir | II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu niyə önəmlidir?

İqtisadiyyat
26 sentyabr 2026 326 baxış
Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV

Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV

İqtisadiyyat
26 sentyabr 2026 326 baxış
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti - Baku TV

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti - Baku TV

İqtisadiyyat
26 sentyabr 2026 326 baxış
Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV

Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV

İqtisadiyyat
26 sentyabr 2026 326 baxış
Yeni tərəfdaşlıq SOCAR-ın ABŞ-də fəaliyyət dairəsini nə qədər genişləndirə bilər? - Baku TV

Yeni tərəfdaşlıq SOCAR-ın ABŞ-də fəaliyyət dairəsini nə qədər genişləndirə bilər? - Baku TV

İqtisadiyyat
26 sentyabr 2026 326 baxış
TANAP üzrə sazişdən sonra tərəflər yeni enerji layihələrini müzakirəyə çıxarıb - Baku TV

TANAP üzrə sazişdən sonra tərəflər yeni enerji layihələrini müzakirəyə çıxarıb - Baku TV

İqtisadiyyat
26 sentyabr 2026 326 baxış
Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - Baku TV

Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - Baku TV

İqtisadiyyat
26 sentyabr 2026 326 baxış
SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Nyu-Yorkda bir sıra tədbirlərdə iştirak edib - Baku TV

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Nyu-Yorkda bir sıra tədbirlərdə iştirak edib - Baku TV

İqtisadiyyat
25 sentyabr 2026 326 baxış
Forum iştirakçısı Azərbaycanın geostrateji imkanlarını önə çəkdi - Baku TV

Forum iştirakçısı Azərbaycanın geostrateji imkanlarını önə çəkdi - Baku TV

İqtisadiyyat
25 sentyabr 2026 326 baxış
Seçilmişlər
icon