Azərbaycanla Çin arasında imzalanan mühüm sazişin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Ningbo şəhərinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov “China Energy Engineering Corporation Limited” şirkətinin vitse-prezidenti Xu Lu ilə görüşüb.
Görüşdə şirkətlə əməkdaşlıq gündəliyinə daxil olan Azərbaycanda elektrik enerjisi planlaşdırılması və şəbəkə araşdırmaları, Birgə Yaşıl Enerji Tədqiqat Mərkəzinin yaradılması, su, günəş və dənizdə külək elektrik stansiyası layihələri üzrə irəliləyişlər və planlaşdırılan addımlar nəzərdən keçirilib.
Görüş çərçivəsində Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında “Azərbaycanın Elektrik Enerjisi Ötürmə Şəbəkəsinin Tədqiqatına dair Saziş” imzalanıb.
Saziş Azərbaycanın 2030-cu il və sonrakı dövrlər üçün bərpa olunan enerji hədəflərinə uyğun olaraq ötürücü şəbəkənin inkişaf etdirilməsini və bu məqsədlə Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu tərəfindən texniki məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutur.
#Azərbaycan Respublikasının Energetika Nazirliyi teqi istifadə olunub
- Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə
- Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - Baku TV
- Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV
