Bakıdakı mühüm iclasda nələr müzakirə edildi? | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.
İclasdan əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Ukraynanın energetika naziri German Qaluşenko arasında görüş olub.
Görüşdə ikitərəfli münasibətlərin qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın Ukraynaya davamlı humanitar dəstəyinə görə minnətdarlıq ifadə edilib. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
İki ölkə arasında siyasi, iqtisadi, ticarət və sənaye, enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, elm və təhsil, mədəniyyət sahələrində əməkdaşlığın cari vəziyyəti və potensial imkanlar müzakirə edilib.
Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov bildirib ki, Komissiya çərçivəsində Fəaliyyət Planının qəbulu ölkələr arasında əməkdaşlığı yeni mərhələyə yüksəldəcək, enerji, faydalı qazıntılar, kənd təsərrüfatı və digər perspektivli sahələrdə, həmçinin sənaye parkları və azad iqtisadi zonalarda mövcud imkanlardan geniş istifadəni təşviq edəcək.
Komissiyanın Ukrayna tərəfindən həmsədri German Qaluşenko isə qeyd edib ki, ölkələrimizi güclü tarixi əlaqələr, qarşılıqlı hörmət, regional əməkdaşlıq və davamlı inkişaf üçün ortaq baxış birləşdirir.
Müzakirələrdən sonra Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 14-cü iclasının Kiyevdə keçirilməsinə qərar verilib.
#Azərbaycan Respublikasının Energetika Nazirliyi teqi istifadə olunub
- SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV
- Azərbaycan və Türkiyənin yeni enerji planı nədir? - Baku TV
- 54 nəfər enerji idarəçisi müəyyən edilib - Baku TV
- Energetika Nazirliyi yataqla bağlı son göstəriciləri açıqlayıb - Baku TV
- Bakı yaşıl enerji tərəfdaşlarının növbəti iclasına ev sahibliyi edib - Baku TV
