BƏƏ-də bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi
Yeniliklərdən dərhal xəbərdar olun
Əbu-Dabi şəhərində Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası keçirilib.
Görüş çərçivəsində SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev “Enerji Əməkdaşlığı və Davamlılıq Alt Komitəsi”nin iclasında iştirak edərək SOCAR-ın enerji keçidi, ətraf mühitin mühafizəsi və dekarbonizasiya sahəsində həyata keçirdiyi layihələr, eləcə də beynəlxalq tərəfdaşlarla birgə əməkdaşlıq istiqamətləri haqqında geniş məlumat verib.
Tədbirdə həmçinin Birləşmiş Ərəb Əmirlikləri şirkətləri ilə SOCAR arasında bərpa olunan enerji sahəsində mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin iclasında Azərbaycan tərəfindən Xarici İşlər, İqtisadiyyat, Energetika, Ədliyyə, Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, habelə Dövlət Turizm Agentliyinin, SOCAR və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
