Bolqarıstan Prezidenti Azərbaycan qazından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 3-də Bakıda təqdim olunacaq Azərbaycan təbii qazının Avropaya əlavə tədarükü layihəsi minimal vəsaitlə və Azərbaycandan Avropaya əlavə həcmdə təbii qazın dərhal nəqlinə imkan verəcək.
Bunu Bolqarıstan Prezidenti Rumen Radev Bulqarqaz və Botaş arasında Türkiyənin qaz nəqli şəbəkəsinə çıxış haqqında saziş imzalamaq üçün Sofiyada səfərdə olan Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, Bolqarıstanın təşəbbüsü ilə Rumıniya, Macarıstan, Slovakiya və Avstriya da bu layihəyə qoşulub. Rumen Radev Bolqarıstan və Türkiyə arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsini də təklif edib. Fatih Dönməz isə öz növbəsində Bolqarıstan və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.
“Türkiyə coğrafi mövqeyini və infrastrukturunu nəzərə alaraq, istər Xəzər dənizi, Yaxın Şərq, istərsə də Şərqi Aralıq dənizindən olan mənbələrin tədarükünə kömək etməyə hazırdır”, - deyə türkiyəli nazir bildirib.
#Bolqarıstan teqi istifadə olunub
- Bolqarıstanda səs-küy salan qətl: Tanınmış idman rəhbəri qətlə yetirildi - Baku TV CANLI
- Partlayan PUA Kiyev və Sofiyanı üz-üzə qoydu - Baku TV CANLI
- İran Bolqarıstana sərt mesaj göndərib | "Əgər bunu etsəniz..." - Baku TV CANLI
- NATO Bolqarıstanda hərbi təlimlər keçirdi
- Bolqarıstan Prezidenti meqaregionların idarə olunmasından danışdı - Baku TV
