Pleyeri seçin:

Bu enerji infrastrukturu həcminə görə MDB-də ilk olacaq

04 sentyabr 2025 642 baxış

Azərbaycanda bərpa olunan enerji mənbələrinin sürətli inkişafı üçün böyük miqyasda Batareya Saxlanc Sistemlərinin yaradılmasına başlanılıb.

Belə ki, “AzərEnerji” tərəfindən paytaxta yaxın 500 kilovoltluq “Abşeron” yarımstansiyasının və ölkənin mərkəzi hissəsində yerləşən 220 kilovoltluq “Ağdaş” yarımstansiyasının ərazisində ümumilikdə gücü 250 meqavat, tutumu 500 meqavat saat olan Batareya Saxlanc Sistemləri yaradılır.

Hazırda yerlərdə lazımi tikinti işləri görülür və elementlərin sifariş əsasında istehsal edilərək sahəyə gətirilməsi üzrə işlər aparılır. Bu həcmdə sistemlərin tətbiqi təkcə Azərbaycanda deyil, bütövlükdə MDB məkanında ilk olacaq.

Qeyd edək ki, Batareya Saxlanc Sistemlərinin yaradılması enerji sisteminin dayanıqlığının yüksəldilməsi, tezliyin sabitliyi, bərpa olunan enerji mənbələrində kəsintilərin azaldılması, aktiv güc çatışmazlığının kompensasiyası, pik yüklərin qarşılanması, günəşin batma saatlarında yük qrafikinin hamarlanması və qəza zamanı enerji sisteminin sıfırdan bərpası baxımından olduqca əhəmiyyətlidir.

Bu sistemlərin tətbiqi Azərbaycanın enerji müstəqilliyini möhkəmləndirməklə yanaşı, həm də enerji sistemini qonşu ölkənin sinxron zonası ilə paralel və ada rejimlərində etibarlı işləməsini təmin edəcək.

Banner
SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 642 baxış
İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 642 baxış
SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 642 baxış
Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 642 baxış
SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 642 baxış
Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 642 baxış
SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 642 baxış
SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 642 baxış
Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 642 baxış
Yerli büdcələrin gəlirlərini artırmaq üçün hansı iqtisadi sahələrə üstünlük verilməlidir? - Baku TV

Yerli büdcələrin gəlirlərini artırmaq üçün hansı iqtisadi sahələrə üstünlük verilməlidir? - Baku TV

İqtisadiyyat
23 oktyabr 2026 642 baxış
Seçilmişlər
icon