Bu məsələ bizi çox maraqlandırır | SOCAR prezidentinin "Baku ID" festivalında çıxışı
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) startaplar üçün innovativ məhsullara olan tələbatı təmin edir”.
Bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf bu gün keçirilən “Baku ID” (Baku Investment Day) festivalında deyib.
“Bu, bizi çox maraqlandıran məsələdir. Çünki bu, bizə səmərəliliklə bağlı əsas göstəricimizi nümayiş etdirir”, – o vurğulayıb.
Onun sözlərinə görə, innovativ məhsullar hər zaman alıcı bazarına, istehsal şirkətlərinə yönəlib və onlar istənilən şirkətə, o cümlədən SOCAR-a işi daha sürətli, daha ucuz və səmərəli yerinə yetirməyə kömək edə bilər: “Bu, şirkət üçün əlavə dəyər yaradır”.
R.Nəcəf digər dövlət şirkətlərini də startaplar sahəsində daha fəal olmağa çağırıb: “Çünki startap icmaları ilə qarşılıqlı əlaqəmizə dair müsbət dinamika, təsir mövcuddur”.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
