DGK tərəfindən büdcəyə nə qədər vəsait köçürülüb?
“2024-cü il ərzində malların gömrük dəyərində bəyannamələr vasitəsilə dəqiqləşmiş 377 milyon manat məbləği üzrə 170 milyon 366 manat vəsaitin büdcənin gəlirləri hesabına cəlb edilməsi təmin edilib”.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.
Sədr əlavə edib ki, 2021-ci ildə dövlət büdcəsinə köçürülmüş vəsaitin həcmi 4 milyard 343 milyon manat olduğu halda, 2024-cü ildə faktiki büdcəyə köçürülmüş məbləğ 2 milyard 305 milyon manat və ya 53% artıq olaraq 6 milyard 648 milyon manat təşkil edib.
O qeyd edib ki, dövlət mülkiyyətinə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2024-cü ildə 2,3 milyon manat məbləğində, cari ilin 11 ayında isə 3,9 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib:
“Toplanmış gömrük rüsumları və vergiləri 2024-cü il dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 35%-ni, qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun isə 8%-ni təşkil edib”.
#Dövlət Gömrük Komitəsi teqi istifadə olunub
- Ukraynada saxlanılan Gömrük Komitəsinin sabiq əməkdaşı Azərbaycana gətirilir - 24 SAAT
- “Qırmızı Körpü” postunda şübhəli yük avtomobili saxlanıldı - Baku TV
- “Qırmızı Körpü” postunda saxlanılan yük maşınında görün nələr aşkarlandı - Baku TV CANLI
- Kərə yağının istehsalı və idxalında azalma müşahidə olunub - Baku TV
- Azərbaycanın ixracında artım hansı məhsulların hesabına olub? - Baku TV
